Türkiyə "Kayserispor"unun heyətində ardıcıl 3-cü oyunda qapısının toxunulmazlığını qoruyan Kamran Ağayev milli komandanın Malta yığmasına qarşı oyununa dəvət olunacaq. Fanat.az xəbər verir ki, təcrübəli əlcək sahibinin start heyətində meydana çıxacağı hələ ki, qətiləşməyib.
Millimizin baş məşqçisi Robert Prosineçki start heyətində hansı qolkiperə yer verəcəyini isə hələ müəyyənləşdirməyib. Xorvatiyalı mütəxəssis Kamranın bu mövqe uğrunda əsəs rəqibi qismində "İnter"in qapıçısı Səlahət Ağayevi görür.
Fanat.az