Kamran Ağayev 90 dəqiqə oynadı, Timuru uddu

Kamran Ağayev 90 dəqiqə oynadı, Timuru uddu
Türkiyənin PTT 1-ci liqasında XXIV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Timur Temeltaşın forma geyindiyi "Altınordu"nu qəbul edib.
Oyun Kayseri təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Timur isə 79 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kayserispor" 24 turdan sonra 50 хalla turnir cədvəlinin 1-ci, "Altınordu" 26 хalla 14-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər