İngiltərə bayrağını təhqir edən ukraynalı qızlar həbs edildi - FOTO/VİDEO

İngiltərə bayrağını təhqir edən ukraynalı qızlar həbs edildi - FOTO/VİDEO
Bu gün Avro-2020-nin son finalçısı müəyyənləşəcək.
Bakı vaxtı ilə 23:00-da start götürəcək qarşılaşmada İngiltərə ilə Danimarka seçmələri həlledici matça vəsiqə uğrunda mübarizə aparacaqlar.
Oyun günü baş verən olay isə gündəmi zəbt edib. Belə ki, Dubayda yaşayan ukraynalı qızlar İngiltərə millisinə əcaib dəstək nümayiş etdiriblər. Onlar sözügedən ölkənin bayrağını boyalarla üzlərinə və arxalarına həkk etdirərək videoya çəkiblər.
Bu görüntülər ingilislərin qəzəbinə tuş gəlib. "The Sun" nəşrinin yazdığına görə, həmin modellərdən bir neçəsi həbs edilib.
Qeyd edək ki, Ukrayna 1/4 finalda İngiltərə yığmasına 0:4 hesabı ilə uduzaraq Avropa çempionatı ilə vidalaşıb.(Offsideplus.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər