“Mənim yaşımda (30) olan futbolçular artıq yaxşı pul qazanmaq haqda düşünməyə borcludular. Bakıda da bu, mümkündü. Orda tamamilə fərqli atmosfer var”. Fanat.az xəbər verir ki, bu sözləri Bakı “İnter”inin yeni transferi İlço Naumoski deyib.
Avstriyanın “Mattersburq” klubundan “İnter”ə keçən makedoniyalı futbolçu ölkəmizə pula görə gəldiyini etiraf edib: “Fikrimcə, Avstriyada mən bu pulu yalnız “Salzburq”da qazana bilərdim. Şəhərin özünə gəlincə, bunu ancaq arzulamaq olar! Elə təkcə mənim yerləşdirildiyim otelin özü nəyə desən dəyər”.