Fransa 1-ci Liqasının XXIX turunda “Bordo”ya məğlub olmuş matçda hakimli tənqid etdiyinə və Fransa haqqında neqativ sözlər dediyiniə görə PSJ-nin hücumçusu Zlatan İbrahimoviç geri addım atıb. Fanat.az xəbər verir ki, isveçli futbolçu Fransa xalqından üzr istəyib:
"Demək istəyərəm ki, mənim sözlərim nə Fransanın, nə də fransızların ünvanına yönəldilməyib. Mən yalnız futbol haqqında danışırdım. Matçı uduzdum və bununla barışmalıyam, ancaq onunla razılaşmaq mümkün deyil ki, hakim özü qaydalara riayət etmir. Belə hal ilk dəfə deyil ki, baş verir. Əsəblərin də sərhəddi var, bəzən sözlər fikirlərdən irəli gəlir. Mənim fikirlərim kimə toxundusa, onlardan üzr istəyirəm".
Fanat.az