Georgi Nikolov: "Tsxadadze ilə bağlı son qərar..."

Georgi Nikolov: "Tsxadadze ilə bağlı son qərar..."

"Kaxaber Tsxadadzenin hansı hərəkət etdiyini görməmişəm. Mətbuatdan tanış oldum. Əlbəttə, belə bir şey olubsa, daxili intizam qaydalarına uyğun hərəkət edəcəyik. Ancaq birtərəfli fikir söyləmək doğru deyil. Mütləq məşqçiylə görüşüb, izahatını almaq lazımdı. Bundan sonra nəsə söyləmək daha doğru olar". Bu sözləri Fanat.az-a açıqlamasında "İnter"in prezidenti Georgi Nikolov komandasının "Xəzər Lənkəran"la oyunda baş məşqçilərinin etdiyi ədəbsiz jestlə bağlı söyləyib.

İdarəedici gürcü mütəxəssislə hələ ki, görüşmədiklərini bildirib: "Bu gün komanda istirahətdədi. Bazar günü Tsxadadzeylə görüşəcəm. Yəqin ki, həmin vaxt müəyyən məsələlərə aydınlıq gələcək. Lakin İntizam Komitəsinin qərarı da bizim üçün önəm kəsb edir. Böyük ehtimalla məhz bundan sonra "İnter" rəhbərliyi Tsxadadzeni cəzalandarıb-cəzalandırmamaqla bağlı son qərarını verəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər