Georgi Çixradze: "Planımız qol vurmaq idi"

Georgi Çixradze: "Planımız qol vurmaq idi"
Georgi Çixradze "Bakı" ilə oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi fasilədə yoxlama oyunu keçirəcəklərini deyib: 
“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk hissədə 2-ci qolu vurmağı da bacardıq. Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2-3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.//pfl.az
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər