Georgi Çixradze: "Liderə qarşı oynasaq da.."

Georgi Çixradze: "Liderə qarşı oynasaq da.."
Georgi Çixradze "Neftçi" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi azarkeşləri və futbolçuları təbrik edib:
"Çox vacib oyunda qələbə qazandıq. Biz liderə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçular oyuna kökləndilər. Çox xallar itirmişik. Bu gün isə çox vacib qələbə əldə etdik. Mən futbolçuları və azarkeşləri təbrik etmək istəyirəm. Fanatlar həmişə bizə dəstək olurlar. Məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaqdı. Həm çempionatda, həm də kubokda mübarizəmiz davam edir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər