"Zədəm olduğundan son məşqləri buraxmalı oldum. İndi hər şey qaydasındadı. Məşqə çıxmağa hazırlaşıram". Bu sözləri Fanat-az-a açıqlamasında "Kahramanmaraşspor"un hücumçusu Fərid Quliyev deyib.
Uğursuz nəticələrə görə baş məşqçisi istefaya göndərilən Türkiyənin PTT 1-ci liqa təmsilçisi yeni çalışdırıcı axtarışındadı. Quliyev isə ən yaxşısına ümid edir: “Əvvəlki baş məşqçi ilə aramızda problem yox idi. Onun yerini kimin tutacağı isə hələ məlum deyil. Rəhbərliklə münasibətlərim tam qaydasındadı. Növbəti turun oyununda meydana çıxmaq şansım var".
Xatırladaq ki, Quliyevin komandası Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor”la münasibətlərinə aydınlıq gətirəcək. Fəridin adı son iki oyunda "18-liy"ə salınmayıb.