“Qalatasaray”ın prezidenti Ünal Aysalla baş məşqçi Fatih Terim arasındakı görüş başa çatıb. Fanat.az xəbər verir ki, görüşdə “İmperator”un yenidən milli komandanı çalışdırması məsələsi müzakirə olunub.
Görüşdən sonra açıqlama verən Ünal Aysal Terimə yığma komandaya başçılıq etmək üçün icazə verdiklərini bildirib: “Fatih Terimə seçmə mərhələdəki 4 matçda milli komandanı çalışdırması üçün icazə verdik. Terim istəyərsə may ayına qədər federasiyaya hər cür dəstəyi verə bilər”.