“Əşrəfoğlu düz deyib, yaxşı eləyib”

“Əşrəfoğlu düz deyib, yaxşı eləyib”

Milli komandamızın Norveçlə oyunu zamanı polislə "Neftçi"nin azarkeşləri arasında xoşagəlməz hal yaşandığı barədə sizə xəbər vermişdik. Belə ki, polis "Neftçi"nin bayrağı ile İŞİD bayrağını səhv salıb. Bu barədə klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu mətbuata açıqlama vermişdi.

Fanat.az xəbər verir ki, fikri birmənalı qarşılanmayan Əşrəfoğlunun açıqlamasına "Neftçi"dən münasibət bildirilib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə belə deyib: “Elnur Əşrəfoğlu "Neftçi" ailəsinin hörmətli ve dəyərli üzvlərindən biridi. O 25 ilə yaxındı ki, bu sahədədi. Danışdıgı hər sözün də məsuliyyətini çox yaxşı bilir. Əşrəfoğlu bir çox səriştəlilərə yeri gəlsə, dərs də keçər. Nə deyibsə, düz deyib, yaxşı eləyib. "Neftçi" ailəsinin hər bir üzvünun yanındayıq ve həmişə də belə olacaq”.

Xatırladaq ki, "Neftçi"nin sözçüsü dünən Fanat.az-da "Elnur Əşrəfoğlu Azərbaycanı İŞİD-lə hədələdi" başlıqlı yazıda Əşrəfoğlunun "Neftçi" İŞİD olsaydı, qarşısında heç kim dayana bilməzdi", ifadəsinə reaksiya olaraq, bu açıqlamanı verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər