Aleksandr Çertoqanov "Sumqayıt"dan ayrıla bilər. Fanat.az xəbər verir ki, millimizin sabiq üzvünün ölkə xaricində oynamaq şansı var.
Belə ki, Çertoqanova vətəni Ukraynadan təklif var. Bu variant reallaşmasa, Saşa ləqəbli futbolçu "Sumqayıt"da qalacaq.
Qeyd edək ki, Çertoqanov cari mövsümdə "Sumqayıt"ın heyətində 17 Premyer Liqa oyununa çıxıb. Milli komandamızda 54 oyun keçirmiş 33 yaşlı yarımmüdafiəçi əvvəllər "Bakı", "Neftçi", "Simurq", "İnter" və "Qəbələ"nin uğurları üçün çalışıb.
Fanat.az