Çertoqanov: "Ukraynanın tənəzzülü faciə olacaq"

Çertoqanov: "Ukraynanın tənəzzülü faciə olacaq"
"Sumqayıt"ın futbolçusu Aleksandr Çertoqanov Ukraynada baş verən siyasi hadisələrə münasibətini bildirib. Fanat.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi soydaşlarına inanlığını deyib.
Çertoqanov Ukraynanın tənəzzülünü istəmədiyini bildirib: "Adamlarını nifrətlə bir-birinin əksinə getməsinə baxmaq acıdı. Bütün sadə adamlara görə çox üzülürəm. Təcavüz təbiətimə ziddi. Ukraynanın tənəzzülünü istəmirəm. Axı bu, faciə ola bilər. Ukraynalılara və onların həmrəyliyinə inanıram".
Futbolçu elə də sadə olmayan Azərbaycan dilini öyrənməkdə çətinlik çəkdiyini bildirib: "Elə də yaxşı deyil. Daha yaxşı olmasını istərdim. Ancaq bəzi şeyləri, əlbəttə ki, başa düşürəm. Azərbaycanca yaxşı danışmağı elə də, yaxşı öyrənməmişəm. Əsasən, mənim bütün dostlarım rus dilini yaxşı bilir və ünsiyyətdə problemlər yaranmır".
Saşa "Azərbaycan vətəndaşlığını qəbul etmək qərarı çətin idi" sualına belə cavab verib: "Deməzdim ki, çətin idi. 2005-ci ildə yerli futbol fəalları dedilər: “Yaxşı oynasan, səni yığma məşqçiləri diqqətə alacaq. Azərbaycan yığmasının heyətində DÇ-2006-nın təsnifat mərhələsində oynamaq imkanı yarana bilər. Mən başa düşürdüm ki, ölkə yığmasında oynamaq böyük şərəf və məsuliyyətdi. Buna görə də, ilk növbədə idman iddialarımı nəzərə alıb Azərbaycan vətəndaşlığını almağa razılıqla cavab verdim. Axı belə yüksək səviyyədə dünya ulduzlarına və güclü yığmalara qarşı oynamaq maraqlıdı. Xüsusən də o zaman mənim Ukrayna yığmasında oynamaq şansım praktiki olaraq yox idi. Özü də “dayaqçı” mövqeyi Ukrayna yığmasında heç də ən problemi mövqe deyil. Bu mövqedə o zaman “Bavariya”da oynayan Timoşşuk, Hollandiyadan Levçenko və dnepropetrovsklu Rotan ilə rəqabət aparmaq real deyildi. Onlar olduqca yaxşı inkişafda idilər. İndi isə gənclər dayaq verir: “Dinamo”dan Qarmaş, “Şaxtyor”dan Stepanenko. Vəziyyəti həmişə düzgün qiymətləndirmək lazımdı".
Çertoqanov Premyer Liqanın səviyyəsi barədə də danışıb: "Premyer Liqanın yarış səviyyəsi son illər nəzərəçarpacaq dərəcədə yüksəlib. Yerli federasiya çempionatı 10 komandanın öz aralarında 4 dövrədən ibarət oyun sistemi ilə keçirir. Çempionatda Yuri Syominin rəhbərliyi altında “Qəbələ” liderlik edir. Paytaxt təmsilçisi “Neftçi” bir xal geri qalır. Üçüncü yerdə isə liderdən iki xal geridə olan “Qarabağ” qərarlaşıb. Əksər komandalarda yüksək səviyyəli futbolçular oynayır. Belə ki, yaxınlarda “Qəbələ”yə Rusiya yığmasının futbolçusu Marat İzmaylov keçib. Həmçinin bu komandada xorvat Daniel Subotiç, braziliyalı Leonardo və seneqallı Mendi aparıcı mövqedədi. Praktiki olaraq Premyer Liqanın hər komandasında yüksək səviyyəli legionerlər var. Ukrayna çempionatı ilə müqayisə etsək, Azərbaycan komandalarının ilk altılığı Ukrayna Premyer-liqasında möhkəm ortabablardan olardılar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər