AZAL Premyer Liqanın XII turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki baş məşqçi heyəti açıqlayıb.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bir məcburi dəyişiklik etməli olub. Çalışdırıcı "Neftçi" ilə oyunda qırmızı vərəqə alan Luis Ramosun əvəzində start heyətində Viktor İbekoyiyə şans verib.
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntanyu isə iki dəyişiklik edib. Rumın məşqçi sarı vərəqə limitini dolduran Elvin Camalovla yanaşı, Ekiqo Ehiosunu da heyətə salmayıb. Nigeriyalı forvard ehtiyatda qalıb. Onların əvəzində Sadiq Quliyevlə Markuinyos start heyətində yer alıb.
Qeyd edək ki, "Qəbələ"də Elvin Camalovdan başqa Ruslan Abışov da sarı vərəqə limitini doldurduğundan oynaya bilməyəcək. Ruslan ötən tur matçın gedişində meylana çıxmışdı.
Fanat.az