Dünya idmanının canlı əfsanələrindən biri, amerikalı Maykl Felps misli-bərabəri olmayan üzgüçü sayılır. Çünki o, dünyada yeganə idimançıdı ki, 18 dəfə Olimpiya çempionu, 26 dəfə dünya çempionu titulunu qazanıb.
İndisə 29 yaşlı Felps üzgüçülükdəki daha bir uğuru ilə yox, şəxsi həyatında sirr kimi saxlamaq istədiyi məqamla heyrətləndirib.
Maykl Felpsin "nişanlım" dediyi 41 yaşlı Teylor Lienn Çandlerlə bu yaxınlarda toy edəcəyi xəbərləri yayılmışdı.
Dünənsə bəlli olub ki, əfsanəvi idmançının nişanlısı Teylor Lienn, sən demə, kişi imiş. Daha doğrusu, Teylor Lienn kişi cinsinə mənsub adam kimi doğulub və əvvəllər adı Devid Roy Fiç olub. Milli.Az Radar Online-a istinadən bildirir ki, Devid sonradan cinsiyyət dəyişdirmə əməliyyatına məruz qalaraq qadına "çevrilib".
"Mayklı çox sevirəm, o da məni sevir. Bəzən hisslərimizi cilovlaya bilmirik. Məsələn, "Baltimor Ravens" klubunun matçında tribunada bir kənara çəkilərək cinsi əlaqədə də olmuşuq", - "Facebook"da belə yazan Teylorun sözlərinə görə, yeniyetmə yaşlarında qadın olmaq istədiyini anlayıb və əməliyyata məruz qalıb.
Çandlerin sözlərinə görə, bu sirri açıqlayandan sonra Felps ondan ayrıla bilər: "Mayklla mənim bu sirrimi artıq gizlətmək istəmirəm. Onu da istisna etmirəm ki, yaranacaq qalmaqaldan sonra Maykl məndən ayrılacaq. Nə edim, həqiqət nə zamansa üzə çıxmalıdır".
Fanat.az