"Real"la oyunun ilk yarısının son dəqiqələrində zədələnən "Qalatasaray"ın futbolçusu Didye Droqbanın durumu ciddidi. Fanat.az xəbər verir ki, afrikalı oyunçunun bu həftə baş tutacaq "Beşiktaş" derbisində meydana çıxmayacağı gözlənilir.
Qeyd edək ki, Droqba Pepenin dirsək zərbəsindən sonra yerə yıxılmış və 3 dəqiqə qalxa bilməmişdi. Daha sonra həkimlərin müdaxilə etdiyi afrikalı fasilədə yerini Nordin Amrabata vermiş və özü xəstəxanaya yollanmışdı.