Dorinel Muntyanu AZAL-la oyunla (3:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi oyunda üstün tərəf olduqlarını deyib:
"Biz oyuna yaxşı hazırlaşmışdıq. Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik".
Fanat.az