Dodo kollektiv məşqlərə başladı

Dodo kollektiv məşqlərə başladı

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib. 

Roman Qriqorçukun yetirmələri məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komandayla birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. 

Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov  komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər