Milli komandalar arasında yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, bu gecə Danimarka İslandiyanı qəbul edib.
"AVRO-2016"nın final mərhələsinə vəsiqə qazanmış komandaların oyununda 3 qol vurulub. Danimarkanın Herninq şəhərində keçirilən görüşdə hesabı 50-ci dəqiqədə meydan sahiblərindən Nikolay Yorqensen açıb. O, 4 dəqiqə sonra dublunu rəsmiləşdirib. 90-cı dəqiqədə isə Arnor Traustason qonaqların təsəlli qoluna imza atıb.
Danimarka martın 29-da Qlazqoda Şotlandiyanın, İslandiya Piraeusda Yunanıstanın qonağı olacaq.
"AVRO-2016"ya vəsiqə qazanmış Ukrayna millisi də bu gecə meydana çıxıb. Ukraynalılar Odessada Cənubi Kipri qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 40-cı dəqiqədə Taras Stepanenko imza atıb.
Ukrayna martın 28-də Kiyevdə Uelsi qəbul edəcək.
Fanat.az