Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Rüfət Dadaşovun çıхış etdtyi "Saarbrukken" "Tsvaybrükken"in qonağı olub.
Rüfxətin komandası səfər matçında qələbə qazanıb - 1:0. Millimizin üzvü sabiq komandası ilə oyunun 87-ci dəqiqəsində meydana çıхıb.
Qeyd edək ki, Rüfət 2013/14 mövsümü başa çatdıqdan sonra "Kayzerslautern II"dən ayrılaraq "Tsvaybrükken"ə keçmişdi. Cari mövsümün əvvəlində bu komandanın heyətində 5 oyuna çıхıb 439 dəqiqə oynayan və 2 qol vuran futbolçumuz daha sonra "Saarbrukken"ə üz tutmuşdu.
Reəional Liqanın Cənub-Qərb zonasında çıxış edən "Saarbrukken" 24 turdan sonra 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az