DÇ-2022: Uels Ukraynanı mundiala buraxmadı 

DÇ-2022: Uels Ukraynanı mundiala buraxmadı 

Bu gün DÇ-2022-də Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, pley-off mərhələsinin final görüşündə Uels və Ukrayna milli komandaları qarşılaşıb.

Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini avtoqol həll edib və "əjdahalar" mundialda çıxış etmək hüququ qazanıb.

Uels yığması 64 ildən sonra dünya birinciliyində oynayacaq. Britaniyalılar ilk və sonuncu dəfə DÇ-1958-də olub. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.   Uels B qrupuna düşüb. Komandanın qrupdakı rəqibləri İngiltərə, İran və ABŞ yığmalarıdır.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gələrək finala yüksəlmişdi.

DÇ-2022 Pley-off mərhələsi, final

5 iyun

Uels - Ukrayna 1:0

Qol: Yarmolenko, 35 - öz qapısına Baş hakim: Mateu Laos (İspaniya) Kardiff. "Kardiff Siti" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər