“Böyük oyun”un qol silahları

“Böyük oyun”un qol silahları

Premyer Liqanın IV turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Həmişəki kimi böyük marağa səbəb olan “Böyük oyun”dan öncə Fanat.az maraqlı məqamları oxucuların diqqətinə çatdırır.

Bu günə qədər baş tutan 28 derbidə qapılara ümumilikdə 53 qol vurulub. Bunlardan 26-i “Xəzər Lənkəran”ın, 27-si isə “Neftçi”nin aktivindədi.

“Xəzər Lənkəran”ın 25 qoluna 10 müxtəlif futbolçu imza atıb. Onlardan 19-u Lənkəran klubunun öz üzvü olub. Bir qolu isə “Neftçi”nin futbolçusu öz qapısına vurub. Belə ki, 2011/12 mövsümünün Lənkəranda baş tutan ilk oyununda indi “Rubin”də çıxış edən Ruslan Abışov öz qapısına qol vuraraq, əzəli rəqibin sevincinə səbəb olub.

“Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə ən çox qol vuran futbolçu Julius Vobaydı. Lənkəran təmsilçisindən sonra “Neftçi”də çıxış edən və bir müddət əvvəl BƏƏ-nin “Əl-Şabab” klubuna icarəyə verilən afrikalı oyunçu “ağ-qaralar”ı 3 dəfə məyus edib. Karyerasını bitirən Zaur Ramazanov, hazırda “Rəvan”da çıxış edən Rəşad Abdullayev və 2010-cu ildə “Bakı”ya keçən Uinston Parks isə 2 dəfə rəqib qapısına yol tapıb.

“Neftçi”nin 28 qoluna 17 futbolçu imza atıb. Paytaxt klubunda əzəli rəqibi ən çox Flavinyo məyus edib. Komandanın lideri lənkəranlıları 6 dəfə meydanın mərkəzinə dəvət edib. “Neftçi”nin əfsanəsi, hazırda “Qarabağ”da məşqçi işləyən Zaur Tağızadə 4 dəfə rəqib qapısına yol tapıb. Artıq “Neftçi”də oynamayan Svetoslav Stefanov, cari mövsümdə 3 qol vuraraq “ağ-qaralar”ın ən yaxşı bombardiri olan Bahodir Nasimov və ötən ilin bombardiri Nikolas Kanales hərəyə iki dəfə fərqləniblər. Avtoqola imza atıb “Xəzər Lənkəran”ı sevindirən Ruslan Abışov hər iki qapıya yol tapıb.

“Xəzər Lənkəran”ın “Neftçi”yə vurduğu qolların müəllifləriJulius Vobay (3)Zaur Ramazanov (2)Rəşad Abdullayev (2)Uinston Parks (2)Oktay Dərəlioğluİlqar QurbanovAlim QurbanovMahmud QurbanovXaqani Məmmədovİvan ÇvetkovƏhməd DursunDieqo RuizManuel SkarlatakeAndrey MureşanRahid ƏmirquliyevRikardo QomeşSadio TounkaraDmitrios SialmasAdrian PitRuslan Abışov (avtoqol)

“Neftçi”nin “Xəzər Lənkəran”a vurduğu qolların müəllifləriFlavinyo (6)Zaur Tağızadə (4)Svetoslav Stefanov (2)Bahodir Nasimov (2)Nikolas Kanales (2)Emin QuliyevRuslan AbbasovNadir NəbiyevBranimir SubaşiçVadim BoretsGeorgi AdamiyaƏli CansunSlavko GeorgievskiRodriginyoCavid İmamverdiyevFərid QuliyevRuslan Abışov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər