Boksçumuz Serbiyada qələbə qazandı

Boksçumuz Serbiyada qələbə qazandı

Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Mirşərif Kazımzadə ilk gündə rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz moldovalı Vlad Qavriluçla üz-üzə gəlib. Kazımzadə rəqibini 2:1 (29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gələcək.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər