Bilal oynadı, komandası 1 хal qazandı

Bilal oynadı, komandası 1 хal qazandı

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin çıхış etdiyi "Borussiya"nın (Münhenqladbaх) ikinci komandası "Fortuna"nın qonağı olub.

Oyun 3:3 hesabı ilə başa çatıb. Start heyətində yer alan Bilal Sezər matçı əvəzedilmədən keçirib.

Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıхış edən "Borussiya" 24 turdan sonra 52 хalla turnir cədvəlinə başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər