Azərbaycanı İslamiadada təmsil edəcək gimnastlar müəyyənləşdi

Azərbaycanı İslamiadada təmsil edəcək gimnastlar müəyyənləşdi

Avqustun 9-dan 18-dək Konyada təşkil olunacaq V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bədii gimnastika üzrə fərdi yarışlarda İlona Zeynalova, Alina Gözəlova və Zöhrə Ağamirova medallar uğrunda mübarizə aparacaqlar. Həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız İslamiadada gücünü sınayacaq.

Aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında çıxış edəcəklər.

M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar.

Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar.

İslamiadada bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası üzrə mübarizə ayın 10-11-də və 17-18-də, aerobika turniri isə 13-14-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər