Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Fanat.Az xəbər verir ki, müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.
Oğlanlar arasında 16, qızlar arasında 2 çəki dərəcəsində 36 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.
Azərbaycan birinciliyinə iyunun 22-də yekun vurulacaq. Oğlan boksçular 16, qızlar 7 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər. Final döyüşləri saat 13:00-da başlanacaq.
Azərbaycan birinciliyi Yarımfinal mərhələsi
Oğlanlar 40 kq İsmayıl Rzayev (Sumqayıt) – Hikmət Məmmədov (Gəncə) – 1:4 Ülvi Ələkbərov (Goranboy) – Nihat Qasımov (RİM1) - 1:4
42 kq Ramiz Əsgərov (Göygöl) – Elşən Əliyev (Gəncə) – 0:5 Əli Həsənov (Lənkəran) – Əli Baxışov (Cəlilabad) – ikinci tam üstünlüklə qalib gəlib
44 kq Vüsal Heydərov (Ağcabədi) – Xan Məmmədov (“Gömrükçü” İK) – 4:1 Yusif Bəylərov (Siyəzən) – Sübhan Babayev (Sumqayıt) – 0:5
46 kq Ülvi Kəlbiyev (Siyəzən) – Həsrət Mehdiyev (Göygöl) – 0:5 Ceyhun Quliyev (RİM1) – Bağır Əmirxanlı (UGM7) – 0:5
48 kq Əflatun İsmiyev (“Marafon” İK) – Turqay Rəhimli (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib Təşkilat Quliyev (Sumqayıt) – Şahin Aslanov (UGM7) – 4:1
50 kq Soltan Məmmədov (“Kür” İK) – İsmayıl Rüstəmov (Şirvan) – 2:3 Raul Abdullayev (Lənkəran) – Azər Sadıqov (Lənkəran) – birinci tam üstünlüklə qalib gəlib
52 kq Azad Cavadzadə (Abşeron) – Fərid Qurbanov (Ağsu) – 5:0 Vüsal Xəlilov (Sumqayıt) – Tamerlan Əlimzanov (RİM1) – 5:0
54 kq Hüseyn Orucov (Abşeron) – Ələkbər Əhmədov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib Ülvi Qasımzadə (UGİM1) – Elgün Sadıqov (Sumqayıt) – 0:5
57 kq Elcan İsgəndər (UGİM1) – Xəlil Xanlarov (Şirvan) – ikinci qalib gəlib Rza Rzayev (Gəncə) – Elbrus Əliyev (Lənkəran) – birinci tam üstünlüklə qalib gəlib
60 kq Nizami Verdiyev (Gəncə) – Rövşən Quliyev (RİM1) – ikinci döyüşə gəlməyib Ömər Kərimov (Ağdaş) – Kənan Aslanlı (Sumqayıt) – 0:4
63 kq Coşqun Quliyev (Ağcabədi) – Saməddin Adıyev (Masallı) – 5:0 Ramiz Nərimanlı (Ağstafa) – İsmayıl Vəliyev (“Dəmir Yumruq” BK) – ikinci qalib gəlib
66 kq Murad Babazadə (FHN İK) – Tunar Adıgözəlov (“Neftçi” İK) – 5:0 Nicat İmanov (UGM7) – Polad Rüstəmov (“Qızıl əlcək” İK) – 0:5
70 kq Hüseynqulu Miriyev (Səbail İK) – Nicat Səmədov (FHN İK) – birinci qalib gəlib Mehdi Səttarov (Şabran) – Əli Məmişov (UGM7) – 0:5
75 kq Ömər Quluzadə (Sumqayıt) – Səfər Cəfərov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib Hikmət Novruzov (UGM7) – İlkin Şəmmədov (UGM7) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq Raul Məmmədov (“Zabit” İK) – Əmir Abbasov (RİM1) – 0:5 Sarvan Səlimli (Mingəçevir) – Kamran Qəniyev (Şabran) – 1:4
90 kq Səftər Məmmədzadə (Ağsu) – Zaur Səmədov (“Qızıl əlcək” İK) – birinci tam üstünlüklə qalib gəlib Həsən Namazov (Gəncə) – Məhəmməd Cəfərov (Z-1)
Qızlar 51 kq Mələk Hümmətova (FHN İK) – Yeganə Qəniyeva (Şabran) – ikinci döyüşə gəlməyib Aysun Mikayılova (Sumqayıt) – Əminə Tacı (Şamaxı) – birinci tam üstünlüklə qalib gəlib
57 kq Gülay Mirzəyeva (Tərtər) – Səma Hüseynova (Qəbələ) - ikinci tam üstünlüklə qalib gəlib Günay Səfərova (Şirvan) – Mələk Abbasova (Sumqayıt) - ikinci tam üstünlüklə qalib gəlib.