Moldova yığmasının və AZAL-ın qapıçısı Stanislav Namaşko Ukrayna ilə yoldaşlıq oyunu barədə fikirlərini bildirib. Fanat.az xəbər verir ki, qolkiper Kiyevdə qələbə qazanmaq istədiklərini bildirib:
"Ukrayna milli komandasında olan problemlər bizdə də var. Çernoqoriya ilə oyuna yaxşı hazırlaşmaq üçün bu matç vacibdi. Oyunun yoldaşlıq matçı olmasının heç bir fərqi yoxdu. Əsas məqsəd rəsmi oyuna hazırlaşmaqdı. Layiqli oyun göstərmək və qələbə qazanmaq istəyirik".
Fanat.az