AZAL-da ukraynalı məşqçi -FOTO

AZAL-da ukraynalı məşqçi -FOTO
AZAL-da yeni təyinat rəsmiləşib. Fanat.az xəbər verir ki, Azərbaycan futbolu üçün heç də yad sima olmayan Andrey Kolesnikov Bakı klubuna fiziki hazırlıq üzrə məşqçi təyin olunub.
Buna qədər ölkəmizdə “İnter” (2006-2011) və “Kəpəz”də (2012/13) çalışmış Andrey Leonidoviç artıq işinin icrasına başlayıb. Qeyd edək ki, ukraynalı mütəxəssis vətənində Donetsk “Metallurq”u (2001-2005), “Krivbass” (2005/06) və “İliçevets”də (2011/12) çalışıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər