"Rubin"də azərbaycanlı futbolçunun oynadığını bilirəm". Fanat.az xəbər verir ki, bu sözləri Aleksandr Səmədov deyib.
Rusiya yığmasının azərbaycanlı üzvü millimizin futbolçusu ilə bağlı danışıb: "Əlbəttə, əsas heyətə düşmək onun üçün çətin olacaq. Çünki bu komandada əla futbolçular var. Yəqin ki, Ruslan özü də bunu başa düşür. Mən ona uğurlar arzulayıram. Ümid edirəm ki, onda hər şey alınacaq".