Abdullah Öcalan İmralıda Droqbadan danışdı

Abdullah Öcalan İmralıda Droqbadan danışdı

Türkiyənin Barış və Demokratiya Partiyasının (BDP) başqanı Selahattin Demirtaş İmralı həbsxanasında PKK-nın lideri Abdullah Öcalanla görüşüb. Fanat.az xəbər verir ki, görüşdə Didye Droqbadan da söhbət düşüb.

Bu barədə Türkiyə mətbuatına Selahattin Demirtaş məlumat verib: "Türkiyədə siyasətdə nəticə qazanmaq istəyirsənsə, bir komandanın çox qaçmasının nəticəni müəyyənləşdirmədiyini düşünməlisən. Qol vurmaq lazımdı. Keçmişdə Metin Oktay, indi də Didye Droqba var. Çox qaçmaq, yorulmaq lazım deyil. Nəticə qazanmaq istəyirsənsə, praktiki addımlar atmalısan. Bilirsiniz ki, Öcalan "Qalatasaray" azarkeşidi. Bu anlamda nəticə istəyirsənsə, Droqba kimi qol vurmalısan".

Qeyd edək ki, hazırda Türkiyə hökuməti ilə PKK arasında terrorun dayandırılması barədə danışıqlar gedir. Demirtaş Öcalanla "çözüm sürəci" çərçivəsində görüşüb. Terrorçubaşı da problemlərin həlli məqsədi ilə futbolu misal göstərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər