Ağasəlim Mircavadov: "Kişi düz deyir də"

Ağasəlim Mircavadov: "Kişi düz deyir də"
“Əli Mirəliyevin açıqlamasını oxudum. Kişi düz deyir də. Biz özümüzə qiymət vermirik. Xoşlayırıq ki, onu-bunu tərifləyək”. Fanat.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.
Qeyd edək ki, dünən açıqlama verən tanınmış müğənni Əli Mirəliyev yerli məşqçilərin tərəfini saxlayaraq, gəlmələri pisləmişdi. Onun bu fikrini dəstəkləyən Mircavadov nəyə görə xaricilərə meyl etdiyimizi anlamır: “Səbəbini mən bilmirəm. Amma mövcud vəziyyət, doğrudan da, belədi. Əli Mirəliyevə minnətdaram ki, bu cür fikir səsləndirib. Azərbaycanlı məşqçilər gəlmələrdən heç də zəif deyil”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər