AÇ: Ukrayna və Macarıstana qarşı heyətimiz

AÇ: Ukrayna və Macarıstana qarşı heyətimiz

Soveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının 8-ci turun görüşləri üçün heyətləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimiz Ukrayna ilə qarşılaşacaq. 

Hər iki komanda 11 xala sahibdir. Əlavə göstəricilərə görə millimiz 1-ci, ukraynalılar 2-ci pillədədir.

Qadın kollektivimiz isə Macarıstanla münasibətləri aydınlaşdıracaq. 

Hazırda yığmaların 9 xalı var. Azərbaycan 6-cı, Macarıstan 8-ci yerdə gedir.

Turun bütün görüşləri Bakl vaxtı ilə saat 18:00-da başlayacaq.

Avropa çempionatı, VIII tur

Kişilər

Azərbaycan - Ukrayna

Teymur Rəcəbov - Anton Korobov Rauf Məmmədov - Andrey Volokitin Qədir Hüseynov - Yuri Kuzubov Nicat Abbasov - Kirill Şevçenko

Rəcəbov və Hüseynov ağ, Məmmədov və Abbasov qara fiqurlarla oynayacaq.

Qadınlar

Macarıstan - Azərbaycan

Sidoniya Lazarne - Günay Məmmədzadə Titsiya Qara - Gülnar Məmmədova Joka Qaal - Xanım Balacayeva Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva

Məmmədova və Beydullayeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər