Milli komandamız Ukrayna ilə qarşılaşa bilər. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul məlumat verib.
Ukrayna "AVRO-2016"nın startından öncə Avstriyada 3 yoxlama oyunu keçirəcək. Son yoxlama oyununda rəqib Moldova olmalıdı. Amma moldovalılarla danışıqlar hələ yekunlaşmayıb. Moldova Futbol Federasiya ilə anlaşma olmasa, Ukrayna millimizlə qarşılaşacaq.
Qeyd edək ki, Ukrayna mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya ilə üz-üzə gələcək. Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim məşq toplanışında olacaq millimiz isə mayın 29-da Makedoniya, iyunun 3-də Kanada ilə qarşılaşacaq.
Fanat.az