Yuri Syomin "Simurq"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin rusiyalı baş məşqçisi bütün hücumçularından istifadə etsələr də, qol vura bilmədiklərini deyib:
"Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı. Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu vura bilmədik. "Simurq" çempionatda ən az qol buraxan komandalardandı. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "Simurq" - "Qəbələ" oyunu 0:0 hesabı ilə başa çatıb.