DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da oktyabrın 11-də, saat 21.00-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya, dörd gün sonra saat 22.00-da baş tutacaq Azərbaycan - Rusiya oyunlarına bütün təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA britaniyalılarla oyunu italyan, ruslarla matçı serb hakimlərə tapşırıb.
Azərbaycan - Şimali İrlandiya
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Bergonzi (İtaliya).
Hakim-inspektor: Adrian Kaşa (Malta).
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan).
Azərbaycan - Rusiya
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).
Hakim-inspektor: Siegfried Kirschen (Almaniya).
Komissar: Dusan Tittel (Slovakiya).