Polşa Ekstraklasasında 11-ci turun oyunları çərçivəsində Mahir Emrelinin formasını geyindiyi "Rakuv" (Raków, Rakow) səfərdə "Vintsjoz Krakov"un (Wisła Kraków, Wisla Krakow) qonağı olub.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Milli komandamızın hücumçusu Mahir Emreli oyuna əsas heyətdə başlayıb və 87-ci dəqiqədə A. Basse (Antoine Bassi) ilə əvəzlənib.
Geriyə düşməsinə baxmayaraq 3 xalı xanəsinə yazdıran "Rakuv" 11 turdan sonra xallarının sayını 6-ya çatdırsa da, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.