Azərbaycan idmanına ağır itki üz verib. Fanat.az xəbər verir ki, "Qəbələ" İdman Klubunun cüdo bölümünün və millimizin üzvü Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.
Bu barədə məlumat yayan "Qəbələ"nin rəsmi saytı Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı olmuş 16 yaşlı xanım idmançının vəfatının səbəbini açıqlamayıb. "Qəbələ" İdman Klubunun kollektivi gənc idmançının vaxtsız vəfatı ilə əlaqədar mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Fanat.az-ın kollektivi də mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyir.
Fanat.az