Yığmamız mövqeyini itirir - SİYAHI

Yığmamız mövqeyini itirir - SİYAHI
Yığmaların aylıq reytinq proqnozu açıqlanıb. ANS PRESS-in məlumatına görə, tərtib olunan siyahıda milli komandamızın geriləyəcəyi gözlənilir. 
Yığmamız reytinq siyahısında aktivindəki 215 xalla 135-cı pillədə qərarlaşacaq. Ardıcıl uğursuz çıxışlar sərgiləyən millimiz əvvəlki mövqeyindən (126) 9 pillə geriləyib.
Reytinq cədvəli proqnozuna əsasən ilk üçlükdə müvafiq olaraq Almaniya (1725), Argentina (1538) və Kolumbiya (1450) yer alacaq.
İlk beşlikdəki 4-cü və 5-ci sıradakı komandalar isə yerlərini dəyişməyəcəklər. 
Belə ki, Belçika aktivindəki 1417 xalla 4-cü, Hollandiya isə 1374 xalla 5-ci pillədə özünə yer tapacaq.
Yığmamız mövqeyini itirir - SİYAHI
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər