19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi dekabrın 3-də keçiriləcək. Fanat.az xəbər verir ki, UEFA artıq komandaları səbətlərə ayırıb.
28 komanda hər birində 7 olmaqla 4 səbətə bölünüb. Azərbaycan millisi sonuncu - D səbətində yer alıb. Püşk zamanı komandalar hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.
Qeyd edək ki, 2015-ci ilin yazında keçiriləcək və iyunun 3-dək yekunlaşacaq elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə əldə edəcək. Turnirin final mərhələsinə 2015-ci il iyulun 6-19-da Yunanıstan ev sahibliyi edəcək.
A səbəti: İspaniya, İngiltərə, Rusiya, İtaliya, Hollandiya, Slovakiya, Monteneqro
B səbəti: Avstriya, Portuqaliya, İsveçrə, Ukrayna, Fransa, İsveç, İrlandiya
C səbəti: Xorvatiya, Almaniya, Polşa, Danimarka, Belçika, Serbiya, Gürcüstan
D səbəti: Çexiya, Bosniya və Herseqovina, Türkiyə, Norveç, Litva, AZƏRBAYCAN, Şotlandiya
Fanat.az