Vüqar Həşimov" İsveç, "Odlar Yurdu" Ukrayna komandasına qarşı

Vüqar Həşimov" İsveç, "Odlar Yurdu" Ukrayna komandasına qarşı

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandalarının iştirakı ilə Avstriyanın Mayrhofen şəhərində təşkil olunan klublararası Avropa Kuboku turniri davam edir.

Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" klubu ikinci turda İsveçin "Stokholm" kollektivi ilə qarşılaşacaq.

"Odlar Yurdu" isə "Blue&Yellow" (Ukrayna) ilə münasibətləri aydınlaşdıracaq.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 16:15-də start götürəcək.

“Vüqar Həşimov” komandası ilk turda İngiltərənin "Şarks" klubu 5,5:0,5, "Odlar Yurdu" isə Fransanın "Filidor" kollektivini 2,5:1,5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər