Vobay Ərəbistanda qol hesabını açdı - VİDEO

Vobay Ərəbistanda qol hesabını açdı - VİDEO
Birləşmiş Ərəb Ərmirliklərinin "Əl Şaab" klubunda çıxış edən Julius Vobay ilk qolunu vurub. Fanat.az xəbər verir ki, "Neftçi"nin ərəb klubuna icarəyə verdiyi futbolçu dünən "Əl Ayn"ın qapısına yol tapıb.
Vobay meydana start heyətində çıxıb və sonadək oynayıb. "Neftçi"yə məxsus futbolçu 10-cu dəqiqədə rəqib qapısına yol tapıb. Lakin "Əl Şaab" üstünlüyü qoruya bilməyib və 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Vobay bundan öncə "Əl Şaab"da 3 oyun keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər