Vladislav Qədirov AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi əsas məqsədlərinə çadıqlarını deyib:
"Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdu. Hər iki komandanın qol vurmaq şansları oldu".
Qeyd edək ki, "Rəvan" - AZAL oyunu 0:0 hesabı ilə başa çatıb.