Viktor Valdes növbəti dəfə mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. Fanat.az xəbər verir ki, ispan qapıçı bunun səbəbi barədə də danışıb.
"Canal ANTENA 3"ə açıqlama verən Valdes başqa bir çempionatda oynamaq istədiyini bildirib: "Barselona"da oynamaq insanın üzərində böyük təyziq yaradır. Başqa bir çempionatda oynamaq, yeni bir ölkədə yaşamaq istəyirəs. Bir çoxları məndən ayrılmağımın səbəbini soruşur. İnsanların məni anlamamasını anlayıram. Amma "Barselona"dakı dövrüm başa çatır".
Qolkiper komanda yoldaşı Neymarın saç stili ilə bağlı da açıqlama verib: "Ona "Santos"dakı stilini daha çox bəyəndiyimi dedim. O vaxt daha qorxuducu idi".
Valdes David Vilyanın komandadan ayrılmasından da danışıb: "Davidin ayrılması üzücü hadisə oldu. O, mənim üçün dostdan da artıq idi. Həmişə birlikdə olurduq və bir-birimizə dəstək verirdik".