Türkiyənin PTT -ci liqasında IX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" dünən "Osmanlıspor"un qonağı olub.
Oyun 2:2 hesabı ilə başa çatıb. Vaqif Cavadovla Ufuk Budak meydana start heyətində çıxıb. Ufuk 77, Vaqif 85 dəqiqə oynayıb. Rəhman Hacıyev isə artıq millinin düşərgəsində olduğundan matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qaziantep BB" 9 oyundan sonra 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az