V turun bütün oyunları eyni gündə keçiriləcək

V turun bütün oyunları eyni gündə keçiriləcək

Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimində dəyişiklik edib. Fanat.az xəbər verir ki, V turun daha iki oyununun vaxtı dəyişdirilib.

Belə ki, təqvimə əsasən bu turun bir qarşılaşması avqustun 31-də, qalanları sentyabrın 1-də keçirilməli idi. Bir neçə gün əvvəl “Qəbələ” – “Xəzər Lənkəran” və “Bakı” – “Neftçi” oyunları avqustun 31-ə keçirildi. İndi isə “Qarabağ” – AZAL və “İnter” – “Simurq” matçları da bir gün əvvələ keçirilib. Beləliklə, V turun bütün qarşılaşmaları eyni gündə – avqustun 31-də keçiriləcək.

Dəyişikliyə səbəb isə milli komandanın təlim-məşq toplanışıdı. Belə ki, Berti Foqts bütün yığma üzvlərinin sentyabrın 1-də düşərgədə olmasını istəyir.

Qeyd edək ki, yığmamız sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər