Ukraynalı futbol hakimi Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko yayıb.
İxtisasca neyrocərrah olan referi digər məhbuslarla birlikdə sərbəst buraxılıb.
O, müharibə zamanı Mariupol şəhərində yaralıları xilas edib. Dmitro Kubryak aprelin 12-də tutulub.
Qeyd edək ki, 34 yaşlı hakim müharibəyədək Ukrayna I Liqasının oyunlarına təyinat alıb.
