Ukraynalı hücumçu karyerasını niyə dondurduğunu dedi

Ukraynalı hücumçu karyerasını niyə dondurduğunu dedi

Futbol üzrə Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq hücumçusu Roman Zozulya karyerasını dondurub. 

Fanat.Az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu yerli radiolardan birinə danışıb.

Təcrübəli forvard bu qərarı ölkədəki müharibə səbəbindən qəbul etdiyini deyib: "Mənimlə müqavilə imzalamaq istəyən komandalar var idi. Amma dedim ki, indi bacarmıram, futbola önəm vermirəm. Ölkədə müharibə getdiyi vaxtda oynaya bilmirəm. Başa düşürəm ki, yeni klub mənə pul qazanmağa və Ukraynaya kömək etməyə imkan verəcək. Amma hazırda futbola həvəsim yoxdur".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər