Ukrayna vətəndaşlarını "DÇ-2018"ə getməməyə çağırdı

Ukrayna vətəndaşlarını "DÇ-2018"ə getməməyə çağırdı
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkə vətəndaşlarını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməməyə çağırıb.
Fanat.Az xəbər verir ki, XİN başçısı "Twitter" səhifəsində Rusiyada təxribatların mütləq olacağını, heç kimin təhlükəsizliyinin təmin olunmayacağını bildirib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti təhlükəsizlik səbəbləri ilə əlaqədar vətəndaşları Rusiyaya getməməyə çağırıb.
Bundan başqa, Ukrayna Futbol Federasiyası çempionatın final mərhələsini işıqlandırmaq üçün yerli jurnalistləri akkreditasiyadan keçirməkdən, eləcə də iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 üçün bilet kvotasından imtina edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər