Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna – Şimali İrlandiya qarşılaşmasını idarə edəcək.
Cabbarova yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 17-də keçiriləcək.
Fanat.Az