Ukrayna millisinin növbəti rəqibləri açıqlandı

Ukrayna millisinin növbəti rəqibləri açıqlandı

Futbol üzrə Ukrayna milli komandasının yoxlama oyunları keçirəcəyi növbəti rəqiblər bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Aleksandr Petrakovun komandası DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 17-də baş tutacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.   Xatırladaq ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər